"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “7799 vergi ödəyicisinin 1348 nəfərinə güzəşt tətbiq edilib ”

--2023-03-15 / 05:48

“Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib” – bu fikirləri Sabunçu ryonu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova bildirib. Sədrin sözlərinə görə, real gəlir mənbələri müəyyənləşib və onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Açıqlamasında sədr daha sonra bildirib: “Bələdiyyə büdcəsinə daxilolmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanmışdır.Vergi və rüsumların yığılması zamanı əhali arasında mövcud qanunvericiliklə bağlı maarifləndirmə işləri aparılmış, yığılan vergilər haqqında mütəmadi təhlillər aparılmışdır.”

Sdərin sözlərinə ğörə, “Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq edilməklə Qanunvericiliyə uyğun icra şöbələrinə 44-dən artıq şəxs barəsində müraciət olunmuşdur. Nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin olunmuşdur. Həmçinin “Softline Azərbaycan” MMC-ilə bağlanmış müqavilə əsasında vergi ödəyicilərinə göndərilən SMS bildirişlər vergi daxilolmalarına müsbət təsirini göstərmişdir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə daxil olaraq, aidiyyati təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Hal-hazırda bələdiyyənin vergi bazasını ərazidə yerləşən 7619 həyət evləri və 180 təsərrüfat subyektləri təşkil edir.

Göstərilən 7799 vergi ödəyicisindən- 4510 ödəyici vergiyə cəlb olunmuşdur ki, bundan-1348 nəfər vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən güzəştə olunan təqaüdçülərə, əlillər, şəhid ailələri və s. 1112- nəfər əmlakı olan 30m2-dən az olanlar və 829 nəfər isə əmlakının dövlət qeydiyyatı olmayanlardır.

Belediyye.info

ŞƏRHLƏR